Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır.
Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırmışlar.Bəzi mənbələrə görə, "Şuşa" sözü Azərbaycanda skiflərə məxsus olduğu ehtimal olunur.
Bəzi mənbələrə görə, "Şuşa" sözü Azərbaycanda skiflərə məxsus olduğu ehtimal olunur. Sözdə birinci "ş" səsi sonrakı "s" səsini öz məxrəcinə salmışdır (assimilyasiya) və "Şuşa" deyimi alınmışdır. Bəzi mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur.
Bəzən "Şişə" (Şiş qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir. Bəzi tədqiqatçılar Şuşa sözünü türk dilində mənası "uc", "yüksək" olan "şiş" komponenti ilə izah edirlər. Bəzi mənbələrdə isə Şuşa adının qədim türk sərkərdəsi Şunun (e. ə. 344–334) Makedoniyalı İsgəndərlə vuruşan səxsin tikdirdiyi "Su" qalası ilə eyniliyi, Şumer (şu+er) adı ilə səsləşməsi tədqiq olunur.
Qəza şəhərlərinin əksəriyyəti kimi, Şuşanın da öz gerbi vardı
Gerbdə iki yerə bölünmüş qızılı fonun bir hissəsində - sağ tərəfdə ayaq üstə durmuş pələng, solda isə yerdən püskürən alov təsvir edilib. Tədqiqatçılar bu fikirdədirlər ki, Şuşanın da, Bakının da gerblərində əks edilmiş alov dilləri Azərbaycanın odlar ölkəsi olmasına işarədir.
Şuşanın gerbinin yarıdan aşağı hissəsində yaşıl çəmənlikdə yəhərli, cilovlu Qarabağ atı təsvir edilib. Araşdırıcılar bildirirlər ki, bu təsvir həmin ərazidə cins atların yetişdirildiyini, həmçinin Qarabağda atçılığın inkişafını, yəhər və yüyənin də yerli istehsal olduğunu əks etdirir. Gerb həmçinin yurdumuzun təbii sərvətlərini əks etdirmək, eləcə də rənglərin harmoniyası baxımından diqqət çəkir.
Şuşanın gerbi aydın şəkildə göstərir ki, bu ərazinin ermənilərə heç bir aidiyyəti olmayıb. Çünki gerbdə Azərbaycanın təbii sərvətləri, xalqımızın məşğuliyyəti, həyat tərzi, arzuları, duyğuları çox aydın və mükəmməl şəkildə təsvir edilib.
Şuşanın işğalı və ya "Dağlarda toy" əməliyyatı
1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən, 289 kv. km ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min insan öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv edib və ya erməniləşdiriblər. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.
Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq.
Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Qəhrəman əsgər və zabitlərimiz əlbəyaxa döyüş taktikası seçərək yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.
Noyabrın 6-da yüngül silah-sursat ilə təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq səhər saatlarında şəhərə dörd tərəfdən daxil olmuş və şəhərdə döyüşlər başlamışdır. Yüzlərlə itki verən erməni silahlıları günortadan sonra şəhərdən tam çıxarılmışdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Ermənistanın Baş naziri Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.
MARAQLI FAKTLAR
Şuşa şəhərinin təməli 18 ci əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk əvvəllər Pənahəli xanın şərəfinə Pənahabad adlanmışdır.
ƏRAZİ
Susa şəhərinin ərazisi 289 kv km-dir.
Şuşa rayonuna 1
şəhər 31 kənd daxildir.
SİMVOL
Şuşanın dağlarında yalnız Şuşaya məxsus olan dünyanın heç bir yerində bitməyən “Xarı bülbül” gülü yetişir.
TƏHSİL
1830-cu ildə açılan Şuşa qəza məktəbi, 1874-cü ildə yaradılmış Şuşa şəhər məktəbi Azərbaycanda və Cənubi Qafqazda ilk şəhər məktəblərindən biri idi.
KİTABXANA
Mir Möhsün Nəvvab Şuşada ilk şəhər kitabxanası yaratmış, bu ilk kitabxana-qiraətxananı ümumşəhər savadlanma mərkəzinə çevirmişdi.
ŞUŞA İLİ
Şuşanın bərpasının sürətləndirmək məqsədilə
Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli”
elan edib.
QARDAŞ ŞƏHƏRLƏRİ
Macarıstanın Dyönddyöş (2013), Türkiyənin Kayseri (2021) və Ərzurum (2022), Bolqarıstanın Veliko Tırnovo (2022), Qazaxıstanın Türküstan (2022) şəhərləri Şuşanın qardaş şəhərləridir.
ŞUŞA HAQQINDA DEYİLƏNLƏR
Şuşa haqqında suallar
-
Bakı və Şuşa arasında məsafə nə qədərdir?
Bakı və Şuşa arasında nəqliyyat yolu 487,47 km-dir. İki şəhər arasında düzxətli məsafə isə 286 km-dir.
-
Şuşanın tarixi məhəllələrinin adları necədir?
Culfalar məhəlləsi, Çöl Qala məhəlləsi, Çuxur məhəllə məhəlləsi, Dəmirçilər məhəlləsi, Dörd çinar məhəlləsi, Dördlər qurdu məhəlləsi, Hacı Yusifli məhəlləsi, Hamamqabağı məhəlləsi, Xoca Mərcanlı məhəlləsi, Köçərli məhəlləsi, Qazançalı məhəlləsi, Qurdlar məhəlləsi, Quyuluq məhəlləsi, Mamayı məhəlləsi, Mərdinli məhəlləsi, Saatlı məhəlləsi, Seyidli məhəlləsi, Təbrizli məhəlləsi, Təzə məhəllə məhəlləsi
-
Şuşanın əvvəlki adı necə olub?
Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar.
-
Şuşanın ən yüksək zirvəsi hansı dağdır?
Şəhərin ərazisi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 metr).
-
Şuşada ilk kitabxana kim tərəfindən yaradılıb?
Mir Möhsün Nəvvab Şuşada ilk şəhər kitabxanası yaratmış, bu ilk kitabxana-qiraətxananı ümumşəhər savadlanma mərkəzinə çevirmişdi. 1830-cu ildə isə Şuşada ilk mətbəə fəaliyyətə başlamış, bu daş mətbəəsində Şuşa şairlərinin şerləri çap edilmişdi.
ƏLAQƏ
«İnnovasiyaya Doğru»
Gənclərə Dəstək İctimai Birliyi
Bakı, Şirin Mirzəyev 72. Mən 17
innovasiyayadogru@mail.ru
Telefon
+994 70 349 94 91