"Rəqəmsal gənclər" proqramı başa çatıb

"Rəqəmsal gənclər" proqramı başa çatıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “İnnovasiyaya Doğru Gənclərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən ”Rəqəmsal gənclər” proqramı layihəsi başa çatıb. Layihə çərçivəsində gənclərin maraqları nəzərə alınaraq “Kiber təhlükəsizlik”, “Sosial Media Marketinqi” və “Mobil proqramlaşdırma – Android” istiqamətində videotəlimlərə əlçatanlıq təmin edilib. Təşkilatın sədri Rəşad Cəfərov layihənin icrası haqda bunları bildirib: “Layihədə iştirakı maraqla qarşılayan gənclər əsasən Quba-Xaçmaz, Lənkəran-Astara və digər regionları əhatə edir. Layihəmizə birbaşa olaraq 45 gənc cəlb olunub. Gənclər tərəfindən bu marağı nəzərə alaraq layihənin davamlılığının təmin olunması üçün də əhəmiyyətli addımlar atmışıq. Gənclər üçün eduaz onlayn təlim platforması üzərindən videotəlimlərin əlçatanlığı təmin edilib. Onlar üçün videotəlimlər ömür boyu əlçatan olacaq və təlimin videokontenti mütəmadi olaraq yenilənəcək. Bu yenilənmənin mütəmadi olması sürətlə inkişaf edən texnologiya dövrü üçün xüsusi əhəmiyyətlidir.” Qeyd edək ki, layihənin əsas məqsədi regionlarda yaşayan gənclər arasında informasiya texnologiyalarından səmərəli iştifadəni təbliğ etmək, onların İT sahəsindəki müasir peşələrə maraqlarının artırılmasına və bu peşələr istiqamətində bacarıqlara sahib olmalarına dəstək olmaqdır.

Şuşaya ilk turist səfərləri başlayır

Şuşaya ilk turist səfərləri başlayır

Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan, mədəniyyət paytaxtı Şuşa şəhərinə turizm məqsədli səfərlərə başlanılır. Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsindən sonra işğaldan azad olunan ərazilərə ilk dəfə olaraq turist səfərləri təşkil ediləcək.

Şuşa necə dirçəldilir?

Şuşa necə dirçəldilir?

Şuşaya gedirəm. Gözəlliyi ilə hər kəsi heyran qoyan, Şərqin elm-incəsənət dünyasına böyük şəxsiyyətlər yetirən, Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi hesab olunan, sonradan erməni vandalizminin qurbanına çevrilən, dağıntılara məruz qalan Şuşaya. İndiyə qədər bu şəhər barədə mənim təsəvvürüm ancaq SSRİ dövründə çəkilmiş kadrlarda gördüklərindən ibarət olub. İndi isə mən onu canlı görmək, müharibədən sonra burada aparılan təmir-bərpa və quruculuq işləri ilə tanış olmaq üçün yola çıxmışam.

Şuşa: Qarabağın döyünən ürəyi

Şuşa: Qarabağın döyünən ürəyi

İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarət altına aldığı Şuşa ölkənin mədəniyyət paytaxtı elan edilib. Mayın 7-də Şuşanı mədəniyyət paytaxtı elan edən Prezidentin qərarında bildirilir ki, şəhərin Ermənistan ordusu tərəfindən işğalı onun tarixi-mədəni irsinin məhvi ilə nəticələnib.

Şuşa əməliyyatı dünya hərb tarixində xüsusi yer tutur

Şuşa əməliyyatı dünya hərb tarixində xüsusi yer tutur

Bu şəhər təbii istehkam olduğundan oraya tank və digər ağır silahlarla girmək mümkün deyildi. Odur ki, alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, sıldırım qayalara, dağlara dırmaşaraq düşmənlə üzbəüz döyüşdə şəhəri azad ediblər. Xarici hərbi ekspertlərin də diqqət mərkəzində olan bu döyüşlər Azərbaycan Ordusunun əsgər və zabitlərinin yüksək döyüş taktikası seçməsinin, peşəkarlığının və vətənpərvərliyinin nəticəsi idi.

Şuşa bir-birinə əks olan minlərlə duyğuları eyni anda yaşadığın ziyarətgahdır...

Şuşa bir-birinə əks olan minlərlə duyğuları eyni anda yaşadığın ziyarətgahdır...

Şuşada olmağı çox istəyirdim. Hətta haqq dünyasına qovuşan Anamı görmək istədiyim qədər... Bu istək, Şuşa haqqında yazdığım yazılara görə, Şuşalı dostlarıma görə, Şuşanın gözəl təbiətinə görə və sair deyildi... Şuşanı heç bir hissə və duyğuya ayırmadan görmək istəyirdim. Əmin idim ki, gördüyüm fotolar, videolar, filmlər, gözəl məqalələr, heç nə, heç nə Şuşanı mənim üçün tam ifadə edə bilməz. Həmişəki kimi, yanılmamışdım...

Şuşa Azərbaycanın tarix və memarlıq abidəsidir

Şuşa Azərbaycanın tarix və memarlıq abidəsidir

Keçən əsrin 90-cı illərinin əvvəllərində həm xarici, həm də daxili faktorlardan yaranan mənfi təsirlər nəticəsində Azərbaycan bir dövlət, xalq, hətta coğrafi ərazi kimi böyük risklərlə üz-üzə qalmışdı. Xalqın səriştəsiz, zəif və qətiyyətsiz rəhbərliyə olan inamının tükənməsi xalq və hakimiyyət arasında böyük uçurumun yaranmasına səbəb olmuşdu. Eyni zamanda ölkədə yaranmış hərc-mərclik mühiti, geniş şəkildə tuğyan edən özbaşınalıq halları, vahid nizami ordunun yoxluğu və ölkədə baş verən vətəndaş qarşıdurması dövlətçiliyimizin sütunlarını ciddi şəkildə sarsıdaraq, onun gələcək mövcudluğunu böyük şübhə altına almışdı.

Şuşa - tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər

Şuşa - tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər

Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənah Əli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə "Pənahabad”, sonradan isə "Şuşa qalası” və "Şuşa” adlandırılmışdır.