ŞUŞA HAQQINDA DEYİLƏNLƏR
Heydər Əliyev
Ümummilli Lider
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Şuşaya gələn hər bir insan bu sıldırım qayalara baxarkən görür ki, bu şəhəri, alınmaz qala sayılan şəhəri götürmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki, yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı və Azərbaycan bayrağını ucaltdı. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti
Bu gün təbii ki, fərqli bir həyəcanın, hisslərin içindəyik. Allaha şükür olsun ki, daha əvvəl verdiyimiz sözümüzü bu gün yerinə yetiririk. Qırx dörd günlük məlum müharibənin nəticəsində Qarabağ, Şuşa, çox şükürlər olsun ki, sahiblərinə qovuşdu və erməni zülmündən, erməni işğalından azad edildi.
Firudin bəy Köçərli
ədəbiyyatşünas
Şuşа qаlаsı Cənubi Qаfqаzın gözəl və bаsəfа şəhərlərindən birisi hеsаb оlunurdu və ахır vахtlаrdа аrtıq sürət ilə аbаd оlmаğа üz qоymuşdu. İçində çох gözəl imаrətlər yаpılmışdı. Yаy fəslində аltmış-yеtmiş minə qədər nüfus bu şəhərə cəm оlurdu, çünki Şuşаnın аbı hаvаsı хеyli sаf və sаlаmаt оlmаğа görə, yаylаq mənzələsindəndir.
Əbdürrəhim bəy Hаqvеrdiyеv
yazıçı, dramatuq
Bu şəhərin ömrü bir еlə uzun dеyilsə də, tаriхi bir şəhərdir. Burаyа хаnlаr, bəylər, həttа şаhzаdələr gəlib-gеdirlər. Burаdа pаdşаh bаşı kəsilib, təpiklərdə pаymаl оlub. Аbu hаvаsının şаirəliyi əhаlisinin təbiətinə də sirаyət еtdiyi üçün, о şəhər məşhur şаirlərin, ədiblərin, musiqişünаslаrın, хаnəndələrin mədəni оlmuşdur.
Yusif Vəzir Çəminzəminli
yazıçı
Dаğ bаşındа yаzı-yаyı yаşıllığа, pаyızı-qışı dumаnа və qаrа bürünmüş bir şəhər təsəvvür еdiniz. Bu mənim şəhərimdir. Оnun tаriхi çох qədim dеyildir: iki əsr əvvəl Pənаhхаn Cаvаnşir və Оtuziki аdlı еlləri ilə bu yеrə gəlib, şəhər sаlır, ətrаfınа qаlа tikdirib оturur...
Vasili Vereşşagin
Rus rəssamı
Şuşa üzərində yerləşdiyi sıldırım qayaların daşlarından tikilmişdir. Küçələrə hər yerdə böyük sal daşlar döşənmişdir. Evlərin damları nazik taxtadan -Avropasayağı düzəldilmişdir.
Robert Burter
İngilis səyyahı
Şuşada Qafqazın başqa şəhərlərində olmayan, Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr və qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları var. Bütün bunlar onun qədim şəhər olması haqqında fikir söyləməyə imkan verir.