«Şuşanın gənc bələdçiləri» layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə «İnnovasiyaya Doğru» Gənclərə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.

Layihənin ideyası Şuşaya səfər etmək istəyən, bu səfərlərə bələdçilik etmək istəyən gənclər üçün olduqca faydalıdır. Həmçinin bu layihə Şuşaya virtual səyahəti də ifadə edir. Belə ki, bu sayt vasitəsilə hər kəs Şuşanın tarixi məkanları haqqında yazılı və səsli məlumatlar ala bilər. Şuşaya qayıdış prosesində gənclərin həvəsləndirilməsi və iştirakına istiqamətlənən bu layihə çərçivəsində videotəlimlər hazırlanıb. Layihənin məqsədi Şuşaya səfərlər zamanı bələdçilik etmək istəyənlərə dəstək olmaq, eləcə də “Şuşa İli”nə töhfə verməkdir.

Layihə çərçivəsində qarşıya qoyulan vəzifələr gənclərin bələdçilik sahəsində mütəxəssis olmalarına dəstək olmaq, Şuşanın tarixi və mədəniyyəti ilə bağlı maarifləndirmə işində gənclərin iştirakını təmin etmək, gənclərin Şuşaya qayıdışını və orda işlə təmin olunmalarına qismən töhfə vermək, Şuşaya turist səfərlərinin təşkilində gənclərin fəalığının artırılması və iştirakına maraq yaratmaq, Şuşa haqqında virtual aləmdə maraqlı kontentin yaradılmasına çalışmaq və sairi əhatə edir.

Təşkilat gənclərə çağırış edərək bu layihənin iştirakçısı olmağa, təlimlərdən yararlanaraq Şuşanın gənc bələdçisi olmağa dəvət edir - Gənclər bu layihəyə qoşularaq bələdçilik peşəsinin sirlərini öyrənəcək, uğurlu təqdimat bacarıqlarını mənimsəyəcək, Şuşa haqqında daha geniş məlumatlar əldə edəcəklər. Şuşanın gənc bələdçisi olmaq istəyən hər bir gənc müraciət etməklə layihənin bir parçasına çevrilə bilərlər. Bunun üçün istək məktublarını mövzu adı “Şuşanın gənc bələdçisi” olmaqla innovasiyayadogru@mail.ru ünvanına göndərə və ya sayt üzərindən müraciət edə bilərlər.

haqqimizda