Məscidlər
dini ibadət məqsədilə inşa olunur və Allahın evi sayılır. İslam dinində xüsusi əhəmiyyətə
malik olan bu ibadət məkanlarına müsəlmanlar böyük ehtiramla yanaşır, onları
müqəddəs tuturlar. Bununla yanaşı, bir çox məscid binası tarixi abidə kimi də
böyük dəyərə malikdir.
Azərbaycanın
qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa bu mənada diqqətçəkəndir. Tarixi
mənbələrdən hələ XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərdiyi məlumdur.
Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı
Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Mərdinli məscidi, Quyuluq məscidi,
Saatlı məscidi, Seyidli məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə
məhəllə məscidi və digərləri şəhərin tanınmış məscidlərindəndir.
Qeyd
edək ki, ümumiyyətlə, Qarabağ memarlığının inkişafında Kərbəlayı Səfixan
Qarabağinin xüsusi xidməti olub. Görkəmli memar inşa etdiyi tikililərdə,
xüsusilə məscidlərdə Şərq memarlığına xas konstruktiv elementləri yerli ənənələrlə
əlaqələndirib.
Şuşa
və digər yerlərdə tikilmiş bir çox məscidlərin memarı Kərbəlayı Səfixan
Qarabağı olub. Onlardan biri də XIX əsrdə Şuşanın Culfalar məhəlləsində inşa
edilmiş Culfalar məscidi idi.
Məscidin
binası ikimərtəbəli idi. İkinci mərtəbədə qadınların ibadəti üçün nəzərdə
tutulmuş zal və həmin zala qalxmaq üçün ayrıca quraşdırılmış pilləkən və giriş
qapısı vardı. Tikilinin baş fasadının ümumi giriş qapısı üzərinə qoyulmuş pəncərələr
qadınlar bölməsini kifayət qədər işıqlandırırdı. Sütunsuz dörd divarla əhatə
olunmuş sadə formalı memarlıq və konstruksiya həllinə malik olan ümumi ibadət
zalını işıqlandırmaq üçün isə baş fasad və mehrab tərəfdən iki pəncərə
qoyulmuşdu.
Culfalar
məscidinin dam örtüyü adi yaşayış binalarında olduğu kimi, dördbucaqlı idi. Qarşısında
çox da geniş olmayan meydan var. Həmin meydan qarşıdan keçən şəhər küçəsi ilə məhdudlaşırdı.
Məscidin
memarı Kərbəlayı Səfixan Qarabaği özü də şuşalı idi. Kərbəlayı Səfixanın
Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. O inşa etdiyi tikililərdə,
xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə
əlaqələndirib. Kərbəlayi Səfixan Qarabaği 1910-cu ildə Saatlı məscidini təmir
edərkən minarədən yıxılaraq vəfat edib və Şuşadakı “Mirzə Həsən” məzarlığında dəfn
olunub. Onun inşa etdiyi memarlıq abidələri sırasında Yuxarı Gövhər ağa məscidinin
bərpası XIX əsrdə bərpasını, Aşağı Gövhər ağa, Saatlı məscidi, Hacı Ələkbər məscidi,
Bərdədə İmamzadə məscidinin yenidən qurulmasını, Ağdamdakı məscid, Şirin su
hamamını və s. Qeyd etmək olar.