Mamay məscidi — XIX əsrdə Şuşanın Mamayı məhəlləsində
tikilmişdir.
İki mərtəbəlidir. Şuşanın dördbucaqlı adi yaşayış binalarının
dam örtüyünü xatırladan Mamay məscidinin dam örtüyündə azançı üçün "güldəstə"
quraşdırılmışdır. Məscidin ibadət zalı dörd sütunla üç nefə ayrılır. Bu məsciddə
pəncərələr binanın iki baş fasad və mehrab olan tərəfindən qoyulmuşdur. Mamay məscidi vaxtilə poeziya evi olmuşdur.
Şuşada tikilmiş məhəllə məscidlərinin üzərində bir, cümə məscidlərinin
üzərində isə iki minarə var. Cümə məscidləri həcminə, memarlıq üslubuna, xarici
və daxili divarlarına yazılan "Qurani Kərim" dən olan surə və ayələrinə
görə məhəllə məscidlərindən fərqlənirlər.
XVIII-XIX əsrlərdə düzbucaqlı plandakı Şuşa məscidləri məhəllə
meydanlarının ayrılmaz və ən başlıca komponentləri idilər. Müxtəlif cizgili
enli tağları olan Mərdinli məscidi, Quyuluq məscidi, Köçərli məscidi və ya müstəvi
səpkisində işlənmiş Çöl Qala məscidi, Seyidli məscidi, Mamay məscidinin girişin səmti meydanın planlaşdırılmasından
və relyefindən asılı olurdu. Şuşanın məhəllə məscidlərinin interyerində bütün
memarlıq bəzəkvurma tsiklindən — polixrom divar boyakarlığından, Quran
yazılarından, yapma bəzəklərindən istifadə olunub.