Şuşa mağara düşərgəsi — Daş dövründə
yaşamış insanların məskəni.
Şuşadakı tarixi abidələr sırasında
özünə layiqli yer alan Daş dövrünə aid Şuşa mağarası şəhərin yaxınlığında, I
Zarıslı (Daşaltı) çayının dərəsində dəniz səviyyəsindən 1400 metr yüksəklikdə
yerləşir. Bu mağaranın uzunluğu 120 metr, eni 20 metrə qədərdir. Şuşa
mağarasının ağzında orta əsrlərə aid olan daşdan qalın istehkamlar, qala divarlarının
qalığı vardır. Arxeoloji qazıntılar zamanı buradan Paleolitə aid iki ədəd kobud
çapacaq, Mezolitə aid mikrolit bıçaqlar və s. aşkar olunmuşdur. Oradakı qarışıq
torpaqdan isə miladdan öncə V–IV minilliklərə aid Enolit gil qab nümunələri,
Tunc və Dəmir dövrlərinə və orta əsrlərə aid saxsı məmulatlarının qırıqları
tapılmışdır.
Şuşa mağara düşərgəsində aparılan kəşfiyyat
qazıntı işləri zamanı Paleolit dövrünə aid 4 ədəd daş məmulatı tapılmışdır.
Arxeoloji qazıntılar zamanı buradan Paleolitə aid iki ədəd kobud çapacaq,
Mezolitə aid mikrolit bıçaqlar və s. aşkar olunmuşdur. Oradakı qarışıq
torpaqdan isə miladdan öncə V–IV minilliklərə aid Enolit gil qab nümunələri,
Tunc və Dəmir dövrlərinə və orta əsrlərə aid saxsı məmulatlarının qırıqları
tapılmışdır. Şuşa mağarasında eramızdan əvvəl III–II minilliklərə aid əşyalar
tapılmışdır ki, bu əşyalar misə qalay, arsen qatmaqla yaranmışdır. Şuşa
mağarasındakı əşyalar üzərində gözəl əl işləri var idi ki, həmin şəkilləri
"addımlayan möhürlər" və ya "oyulmuş qıfıl yerləri"
adlandırırdılar. Bütün bunlar isə qədim Şuşa sakinlərində şüurun inkişafını,
incəsənətin və mədəniyyətin tərəqqisini göstərən amillər idi. Ağdamın Üzərliktəpə
adlanan ərazisindəki əşyalar üzərindəki şəkillərlə Şuşa mağarasındakı əşyalar
arasında tamamilə bir uyğunluq vardır. Eyni zamanda Şuşa mağarasındakı əşyalara
bütün Quruçay və Köndələnçay arasındakı ərazilərdə də rast gəlinmişdir. Beləliklə,
aparılan tədqiqatlar nəticəsində məlum olur ki, gözəl Qarabağımızın cənnət
yaylağı, Oğuz-Türk diyarımız olan barlı-bərəkətli, min bir nemətli Şuşanın
dünyada ilk insanların yaşadığı ərazilərdən biri olmuşdur.
Azərbaycan Respublikası Milli Elmlər
Akademiyasının əməkdaşlarını 1971-ci ildən başlayaraq Şuşa ərazisindəki
mağaralarda elmi tədqiqat işlərinə başlamışdılar. Mağaralarda iş aparmaq həm çətin,
həm də təhlükəli idi. Çünki ulu babalarımızın yaşayış məskəni olmuş
mağaralarımız yüz illər boyu insan ayağı dəyməyən daşlı-kəsəkli bir səhraya
çevrilmişdi. Uzun müddət Şuşa mağarasının sirri insanlardan gizli qalmışdır. Bəziləri
mağaranın ucsuz-bucaqsız olması, digərləri isə buranın müqəddəs yer olduğunu
söyləyirdilər. Mil-Qarabağ ekspedisiyası 1971-ci ilin iyulunda Cıdır düzündəki
Zarışlı (Daşaltı) çayının dərəsindən işə başlamışdılar. "Şuşa
mağarası"nın girəcəyində çoxlu daş yığılmışdı. Bu da onu deməyə imkan
verir ki, qədim insanlar qonşu tayfaların hücumlarından müdafiə olunmaq üçün
mağaraya girir və həmin daşlarla özlərini müdafiə edirmişlər. Maraq doğuran cəhətlərdən
biri də ondan ibarətdir ki, mağaranın kənarında içməli su da olmuşdur.
Mağaranın başlanğıcında qədim və orta əsrlərə aid qalın daş istehkamlar, qala və
bina divarlarmın qalıqları var idi. Şuşada aparılan arxeoloji qazıntı tədqiqat
işləri nəticəsində mağaranın içərisində 2 metr dərinlikdən Paleolit (qədim daş)
dövrünə aid 2 ədəd kobud çapacaq aşkar edilmişdir. Həmin alətlərdəri biri Şuşa
muzeyinə verilmiş, ikincisi isə Azərbaycan Milli Elmlər Akademiyasının
"Daş əsri" şöbəsində saxlanılır. Bundan əlavə, Şuşa mağarasındakı
qazıntı işləri nəticəsində burada bizim eradan əvvəl V–IV minilliklərə aid
torpaq və gil qarışığından hazırlanmış qab məmulatları, enolit, tunc və dəmir
dövrlərinə aid saxsı məmulat qırıqları, mezolitə aid mikrolit bıçaqlar aşkar
edilmişdir. Mağarada tapılmış əmək alətlərinin zəngin tarixə malik olduğu sübut
edilmişdir. Şuşa mağarasında tapılmış maddi mədəniyyət qalıqları Azıx
mağarasının və Quruçay dərəsində yaranan daha qədim mədəniyyətin davamı idi.
Burada tapılmış alətlərlə Azıx mağarasındakı kobud daş alətlər arasında bir
uyğunluq, oxşarlıq vardır. 240 kvadrat metrlik Şuşa mağarasında müasir
insanlarm əcdadları uzun illər boyu ömür sürmüşlər. Paleolitin erkən və orta
dövrlərində Azərbaycan ərazisində insanlar kollektiv əməyə əsaslanmış və kiçik
qruplar şəklində yaşamışlar. Onların əsas məşğuliyyəti yığıcılıq və ovçuluq
olmuşdur. Şuşa mağarasında yuxarı paleolitə aid çaxmaq daşmdan bıçaqvari lövhələr
və habelə kəsicilər tapılmışdır. Dağlıq Qarabağ ərazisində mis yataqları olduğu
üçün ulu əcdadlarımızm hazırladığı alətlərin çoxu misdən idi. Burada metal məmulatlar
— bıçaqlar, bizlər, iynələr, ox ucluqları tapılmışdır. Bu alətlər döymə üsulu
ilə hazırlanmışdır. Şuşa mağarasında azacıq cilalanmış, naxışlarla bəzədilmiş
kobud və saxsı qablara da təsadüf edilirdi. Qabların rəngli boyalarla
naxışlanması Azərbaycanda eneolit dövrünün başlandığını sübut edirdi. Eyni
zamanda qablara naxışvurma Azərbaycanın Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni
əlaqələrinin olmasını da göstərirdi. Şuşada tapılmış mikrolit alətlərdən
bıçaqlara, bizlərə Qobustanda da rast gəlmək mümkün idi. Həmin alətlər daş
dövrünün firuz mərhələsinə aiddir.
Şuşa mağarasının ağzında orta əsrlərə
aid olan daşdan qalın istehkamlar, qala divarlarının qalığı vardır